YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ermənistan mövcud status-kvonu qoruyub sağlamağa çalışır

“Azərbaycanın Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi və sədrlik etməsi bir sənədlə yekunlaşmır. Hərəkata sədrliyin 3il  müddətində Azərbaycana həvalə edilməsi nəticəsində ölkəmiz bu dövrdə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını gündəmdə saxlayacaq”. Bu fikirləri  Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A. Mollazadə bildirib ki, bu müddət ərzində Azərbaycan BMT-də, ATƏT və eləcə  də digər təşkilatlarda məhz hüququn aliliyini müdafiə edərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini gündəmə gətirəcək. Onun sözlərinə görə, Qoşulmama Hərəkatının əsas prinsipləri bütün dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi, hüququn aliliyinin qorunması, kiçik ölkələrin böyük ölkələr qarşısında hüquqlarının təmin olunmasıdır: “Azərbaycan da məhz bu amilləri əsas götürərək, ölkəmiz üçün də zəruri olan məsələləri beynəlxalq təşkilatlarda gündəmdə saxlayacaq. Hesab edirəm ki, ölkəmiz bu fürsətdən uğurla istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yeni sənədlərin qəbuluna nail olacaq”.

Ermənistana gəlincə, deputat işğalçı ölkənin müstəqil qərar qəbul etmək iqtdarında olmadığını söyləyib: “Ermənistan istənilən vəziyyətdən istifadə edərək mövcud status-kvonu qoruyub sağlamağa çalışır. Lakin biz beynəlxalq səviyyədə Ermənistana təzyiq yollarını düşünməli və buna nail olmalıyıq”.

 

DİGƏR Xəbərlər Arxiv