YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Qoşulmama Hərəkatının Zirvə Görüşündə qəbul olunan sənədlər Ermənistanı qorxuya salıb

“Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi və yekun sənəddə əksini tapan müddəalar Ermənistan hakimiyyətini qorxuya salıb”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki,  Qoşulmama Hərakatının sammiti ərəfəsində daxildə antimilli qrup xaricdə ermənilər eyni ssenari ilə iş aparırdılar ki, konfransa maneçilik yaratsınlar. Konfransda müzakirə olunan məsələlərlə bağlı qəbul edilmiş bəyannamələr bir daha sübut etdi ki, ermənilərin, antimilli qrupların şousu belə beynəlxalq tədbirlərə təsir edə bilməz.

“Qoşulmama Hərakatına sədrliyi Prezident İlham Əliyevə həvalə olunması Azərbaycan dövətinin dünyada artan nüfuzunun göstəricisidir. İştirak edən dövlətlərin nümayəndələri tərəfindən imzalanan bəyannamədə Ermənistan işğalçı dövlət kimi tanındı. Ermənistan bundan xoflanaraq özünə yeni dayaq axtarışına çıxmaq istəyidir. Bu gün Ermənistanda vəziyyət kritik olduğu halda Qoşulmama Hərakatı da bunlara bir zərbə oldu”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv