YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Muxtar Babayev: Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır.Bu məqsədlə əkiləcək ağaclar ölkəmizdə yetişdirilib”. Bu fikirləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

M.Babayev bildirib ki, ağacların əkilməsindən sonra onlara aqrotexniki qulluğun göstərilməsi də vacib məsələdir. “Ona görə də, bütün ölkə ictimaiyyətini bu prosesdə fəal olmağa çağırırıq. Bütövlükdə, Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü bütün cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır”-deyə, nazir vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv