YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri: Bizi Azərbaycan ilə möhkəm tellər bağlayır

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş AzərTAc-ın müxbirinə müsahibəsində deyib ki, ölkəsi ilə Azərbaycanı möhkəm tellər bağlayır.

Ə.Qarqaş ötən həftə BƏƏ-nin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin başçılığı ilə nümayəndə heyətinin Bakıda keçirilmiş Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Birgə Hökumətlərarası Komissiyasının beşinci iclasında iştirakı etdiyini xatırladaraq deyib: “Biz Birləşmiş Ərəb Əmirlikləri olaraq iki dövlət arasındakı bu əlaqələri daha da möhkəmləndirmək istəyirik”.

Xarici işlər üzrə dövlət naziri hər iki ölkədə səfirliklərin fəaliyyət göstərdiyini qeyd edərək bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ticarət mübadiləsinin həcminin artırılmasına və qarşılıqlı səfərlərin intensivləşməsinə çalışır.

DİGƏR Xəbərlər Arxiv