YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycanı Rusiya ilə qədim dostluq əlaqələri, mehriban qonşuluq münasibətləri birləşdirir

“Azərbaycan dövləti ilə Rusiya Federasiyası arasındakı münasibətlər Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdışı ilə bərpa olundu, inkişaf etdirildi. Bu gündə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində münasibətlər daha da inkişaf edərək dövlətlərarası əməkdaşlığa, strateji əməkdaşlığa çevrilib”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, dövlətlərarası münasibətlərin sürətli inkişafının əsasını möhtərəm Prezident cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinlə şəxsi münasibətləri təşkil edir: "Azərbaycanı Rusiya ilə qədim dostluq əlaqələri, mehriban qonşuluq münasibətləri birləşdirir. İkitərəfli münasibətlərin inkişafı xalqlar arasındakı münasibətləri də inkişaf etdirir. İqtisadi əməkdaşlıq nəticəsində hər iki ölkə müsbət nəticələr əldə edib. Qarşılıqlı investisiya qoyuluşuna xüsusi diqqət yetirilir. Humanitar sahədə münasibətlər də yüksək səviyyədədir. Azərbaycanda rus məktəbləri, Rusiyanın Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Turizm sahəsində yaxşı naliyyətlərimiz var. Son günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri, Rusiya Federasiyasının Baş naziri ilə görüşü hər birimiz üçün iftixar hissi keçirməyə əsas verir. Mehriban xanım Əliyevanın Rusiya Azərbaycan dostluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirərək Rusiya Federasiyasının Dövlət mükafatı “Dostluq” ordeni ilə təltif edilməsi hər bir xalqını, vətənini sevən azərbaycanlı üçün qürur mənbəyidir. Bu münasibərlə Mehriban xanım Əliyevanı təbrik edirik, ona möhkəm can sağlığı, dövlətimizin inkişafı istiqamətində apardığı işlərdə uğurlar arzulayırıq".