YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşad Mahmudov: İcbari tibbi sığortanın tətbiqi vətəndaşların gözləntisidir

“İcbari tibbi sığortanın 2020-ci ildən bütün ölkə üzrə tətbiqi vətəndaşların gözləntisidir. Ölkə rəhbərliyi başda olmaqla, hamı bunun nəticəsini maraqla gözləyir. Düşünürəm ki, bütün xəstəxanalar bura cəlb edilərsə, vətəndaş da həkim və xəstəxana seçmək hüququ əldə edər. Bu həm də xəstəxanalar arasında sağlam rəqabətin inkişafına çox böyük təsir göstərər”. Bu fikirləri  Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, Avropa ölkələrində və Türkiyədə İcbari Tibbi Sığortanın lokomotiv rolunu hər zaman dövlət yox, özəl xəstəxanalar təşkil ediblər. Çünki özəl xəstəxanalar eyni rəqəmə daha yüksək tibbi xidmət verərək, dövlət xəstəxanalarının da rəqabət zamanı müsbət istiqamətdə dəyişməsində rol oynayıblar. Bu birtərəfli qalarsa, bəlli zamandan sonra keyfiyyətin azalmasına gətirib çıxara bilər.

Millət vəkilinin sözlərinə görə, icbari tibbi sığortaya keçid ölkədə həm vətəndaşın məmnunluğunu saxlamaq, həm də həkimin öz işini rahat şəkildə tətbiq olunması üçün səhiyyənin inkişafına böyük bir təkan verəcək. “Bu sistemə keçid hər bir ölkə üçün ağrılı bir prosesdir. Əsas odur ki, hər il nə qədər çox uğur qazana bilsək, gələcək illərdə daha mükəmməliyə gedən yolu tapmaq şansımız artacaq. 2020- ci il həm həkimlərin, həm də insanların üzərinə böyük məsuliyyət düşəcək”-deyə, deputat qeyd edib.