YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasət həyata keçirməsi dövlətimizi gücləndirən əsas amillərdəndir

“Bu gün Azərbaycan dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Onun sözlərinə görə, Azərbaycanın güclü təməllər üzərində dinamik inkişafını şərtləndirən əsas amillərdən biri də ölkəmizdə milli maraqlara əsaslanan siyasətdir.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə Azərbaycanın keçdiyi inkişaf yolu, qazanılan uğurlar, eyni zamanda ölkəmizin inkişafını istəməyən dairələrin əməlləri haqqında fikirlərini geniş şəkildə ifadə edib. M.Xəlilov söyləyib ki, mərasimdə “Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq”-deyən dövlətimizin başçısı Azərbaycana qarşı müəyyən dairələrin, o cümlədən radikal müxalifətin qarayaxma kampaniyası apardığını diqqətə çatdırıb. Amma Azərbaycan xalqı həmin dairələrin yalanlarına inanmır.

“Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür: “Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır””-deyə, M.Xəlilov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv