YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Miroslav Layçak: Səfirliyin açılması Azərbaycan-Slovakiya əməkdaşlığının daha da genişlənməsinə təkan verəcək

Slovakiyanın Azərbaycanda səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcək.

Bunu Bakıda səfərdə olan Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak jurnalistlərə açıqlamasında deyib.

“Ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən infrastruktur, avtomobil yolları, dəmir yolu, əczaçılıq sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, təhsil və digər sahələrdə sıx əməkdaşlıq edə bilər. İnanıram ki, bu hadisə həqiqətən də ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmağa kömək edəcək”, - deyə nazir vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv