YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın Xarici İşlər naziri Bakıya rəsmi səfər edəcək

Əldə edilmiş razılaşmaya əsasən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dekabrın 2-3-də Bakıya rəsmi səfər edəcək.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu məlumatı Moskvada keçirilən brifinqdə açıqlayıb. O qeyd edib ki, Rusiya xarici siyasət idarəsi başçısının səfər proqramında Azərbaycanın Xarici İşlər naziri ilə görüşlər nəzərdə tutulub. Siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli münasibətlərin inkişafının əsas məsələlərinə dair dialoq davam etdiriləcək. 2020-ci il üçün iki ölkənin xarici siyasət idarələri arasında məsləhətləşmələr planının imzalanması da nəzərdə tutulur.

M.Zaxarova deyib: “Rusiya-Azərbaycan tərəfdaşlığının davamlı inkişafı çox cəhətdən yüksək və ali səviyyələrdə intensiv siyasi dialoqla təmin edilir. Məsələn, 2019-cu ildə ölkələrimizin prezidentləri arasında iki görüş olub – “Bir kəmər, bir yol” beynəlxalq forumunda (Pekin, 26 aprel) və Valday forumunda (Soçi, 3 oktyabr). Noyabrın 20-25-də isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Rusiyaya səfər edib”.

Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, hökumətlər, parlamentlər və ictimai təşkilatlar səviyyəsində sıx qarşılıqlı əlaqələr nizamlanıb. İkitərəfli əmtəə dövriyyəsi artır. O deyib: “Xatırladaq ki, 2018-ci ilin yekunlarına görə əmtəə dövriyyəsi təqribən 14 faiz artıb və 2,5 milyard dollara bərabər olub. Cari ilin yanvar-sentyabr aylarında əmtəə dövriyyəsi 26 faiz artaraq 2,2 milyard dollara çatıb. 2024-cü ilə qədər olan dövr üçün ikitərəfli əməkdaşlığın əsas istiqamətləri üzrə yol xəritələri uğurla reallaşdırılır. Azərbaycanda 700-dən çox müştərək müəssisə, o cümlədən 100 faiz Rusiya kapitallı 200-ə yaxın şirkət fəaliyyət göstərir. İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya səmərəli işləyir. Dekabrın 9-da Bakıda bu komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır”.

M.Zaxarovanın sözlərinə görə, mədəni-humanitar və təhsil sahələrində ənənəvi qarşılıqlı fəaliyyət yüksək səviyyədə həyata keçirilir. 2019-cu ildə Azərbaycanda Rusiya Mədəniyyəti Günləri uğurla keçirilib, 2020-ci ildə isə, Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi nəzərdə tutulur.

M.Zaxarova daha sonra bildirib: “Bakıda Rusiyanın aparıcı ali məktəbləri olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Rusiyanın ali məktəblərində 11 mindən çox, o cümlədən büdcə hesabına min nəfərdən çox azərbaycanlı tələbə təhsil alır. Xarici işlər nazirlərinin danışıqlarında MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər beynəlxalq məkanlarda qarşılıqlı fəaliyyət məsələlərinin geniş kompleksi nəzərdən keçiriləcək. Regional təhlükəsizlik problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri də tərəflərin diqqət mərkəzində olacaq”.

 

DİGƏR Xəbərlər Arxiv