YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Bərdə rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına uğurla davam etdirir

Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatı  dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində rayonun Mehdili və Qaradəmirçi kəndlərində seçicilərlə görüş keçirilib. Görüşdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Səba Məmmədova, Cavid İbişov, Xosrov Musayev, Mehdili və Qaradəmirçi bələdiyyəsi üzrə namizədlərdən Bahatur Eyvazov, Tahir Əliyev, Mürşüd Sadıqov, Rəhim Əhmədov, Yunis Behbudov çıxış ediblər.

Qeyd edək ki, rayonun  Hacallı və Bəcirəvan kəndlərində də seçicilərlə görüş keçirilib. Görüşdə  YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü Fuad Ağayev çıxış edərək bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də yüksək fəallıqla başlayıb. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası bütün respublika ərazisində 1606 bələdiyyə üzrə 15500 nəfər YAP üzvünün namizədliyini irəli sürüb.

Tədbirdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Püstə Mehdiyeva, Elşən Məmmədov, Vidadi Əliyev, Hacallı bələdiyyəsi üzrə namizədlərdən Akif Əhmədov, Yavər Hacıyev, Faiq Abdulrəhimov, Kamilə Əhmədova, Mahirə Əliyeva, Xəqani İmanov, Bəcirəvan bələdiyyəsi üzrə namizədlərdən Rəfayil Bəylərov, Nargilə Əliyeva, Toğrul Məmmədov, Əli Bəylərov çıxış ediblər. Onlar seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

 

DİGƏR Partiya xəbərləri Arxiv