YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda ailə siyasəti ən vacib məsələlərdən biridir

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfrans aktuallığı ilə seçilir”. Bu fikri  jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycanda ailə siyasəti ən vacib məsələlərdən və qorunub saxlanılan güclü siyasətdən biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə təsdiqləyib ki, “güclü ailə, güclü dövlət deməkdir”.

«Çox böyük təsirlərə məruz qalan bugünkü dəyişilən, qloballaşan dövrdə ən tez mənfi təsirlər xüsusilə ailələrimizə toxunur. Biz çalışmalıyıq ki, onların önündə çox güclü ailə modelini saxlayaq və qoruyaq. İki dövlət komitəsi arasında 2015-ci ilə dair imzalanan birgə tədbirlər planı bizə imkan verir ki, hər iki qurum daha da öz işlərini gücləndirsin. Bu əməkdaşlıq bizə yeni-yeni imkanlar açır. Bu ildən və gələn ildən çalışacayıq ki, bu istiqamətdə daha da çox vacib tədbirləri keçirək. Xüsusilə də regionlarda, rayonlarda hər bir problemli ailələrlə çalışacayıq ki, iş aparaq»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv