YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Koreya Respublikası arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Azərbaycanda səfərdə olan Koreya Respublikasının Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) müdafiə sənayesinin təşviqi üzrə baş direktoru Lee Jung Yongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə noyabrın 28-də Müdafiə Sənayesi Nazirliyində (MSN) görüş keçirilib.

MSN-dən bildiriblər ki, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.

Görüşdə Azərbaycan ilə Koreya Respublikası arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfirinin birinci katibi də iştirak edib.

 

DİGƏR Xəbərlər Arxiv