YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycan inkişaf baxımından dünya üçün nümunə olan ölkədir

«Azərbaycan inkişaf baxımından dünya üçün nümunə olan ölkədir». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, ölkəmizdə insan hüquqlarının təminatı da dövlətin əsas fəaliyyət prinsiplərindən biridir. Onun sözlərinə görə, Azərbaycan, həmçinin, bir tolerantlıq məkanıdır.

«Amma bütün bunlara baxmayaraq, bəzi Avropa təşkilatları və onların rəhbərləri ölkəmizə qarşı əsassız tənqidlərlə çıxış edirlər. Əgər belə bir  nümunəvi ölkə tənqid olunursa, onda biz onlardan hansı obyektivlik gözləməliyik? Əlbəttə ki, belə yanaşma Avropa təsisatlarına qarşı inamsızlıq yaradır.  Təbii ki, bu əsassız tənqidlərin hardan qaynaqlandığını bilirik. Büütn bunlara baxmayaraq Azərbaycan tutduğu doğru yol ilə davam edəcək»-deyə, Y.Abramov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv