YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Georgi Tsereteli: Cənubi Qafqazda yaranmış və Avropa üçün ciddi problem olan münaqişələr həll olunmalıdır

Mövcud münaqişələrin həllində ATƏT-in böyük potensialı var. Lakin onu da deməliyəm ki, bu problemlərin həlli üçün həm də siyasi liderlər tərəfindən iradə nümayiş etdirilməlidir.

Bu sözləri jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli söyləyib.

ATƏT PA-nın prezidenti bildirib ki, münaqişələrin həllinə yönəlmiş müzakirələr və siyasi liderlər arasında baş tutan görüşlər mühüm əhəmiyyət kəsb edir və ilk növbədə Cənubi Qafqaz xalqlarının marağına cavab verir.

ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanın Xarici İşlər naziri ilə görüşünə toxunan Georgi Tsereteli deyib: “Söhbət zamanı biz mövcud prosesləri - qarşıdan gələn növbədənkənar seçkiləri, ATƏT-də Azərbaycanın iştirakını, islahatlar prosesini müzakirə etdik. Azərbaycan və Ermənistanın siyasi liderlərinin, həmçinin XİN başçılarının görüşü məsələsinə gəldikdə isə mən düşünürəm ki, bu görüşlər hər zaman xoş qarşılanmalıdır. Çünki münaqişənin həlli üçün daha çox qarşılıqlı anlaşma olmalıdır. Hesab edirəm ki, bu, münaqişənin sülh yolu ilə həlli üçün əsas vasitədir. Düşünürəm ki, on illər əvvəl meydana çıxan və bütün Avropa üçün ağrılı olan bu münaqişə həll edilməlidir”.

 

DİGƏR Xəbərlər Arxiv