YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan dünyada dinlərəarası, millətlərarası dialoqa öz töfhəsini verməkdədir

Parisdə “Dinlərarası anlaşma: birgəyaşayışın modelləri”, daha sonra isə Strasburqda “Milli-mədəni müxtəliflikdə konfessiyalararası dialoq: multikultural modellər” mövzularında beynəlxalq konfranslar keçirilib.  Ölkəmizi bu tədbirlərdə təmsil edən Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyası Alt Komitəsinin sədri Sahibə Qafarova deyib ki, istər “Dinlərarası anlaşma: birgəyaşayışın modelləri”, istərsə də Strasburqda “Milli-mədəni müxtəliflikdə konfessiyalararası dialoq: multikultural modellər” mövzusunda keçirilən  konfranslarda müxtəlif ölkələrdən din azadlığı, tolerantlıq və dövlət-din münasibətləri üzrə ekspertlər, ictimaiyyət nümayəndələri, beynəlxalq QHT-lərin rəhbərləri, ölkəmizin Fransadakı səfirliyinin, UNESCO və Avropa Şurası yanında nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər. Onun sözlərinə görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin UNESCO ilə birgə təşkil etdiyi bu konfranslarda dünyada multikulturalizmin əhəmiyyəti, Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı geniş məlumat verildi: "Bu kimi konfranslar çox əhəmiyyətlidir. Təkcə Azərbaycanın dünyaya təqdim etdiyi tolerantlıq modelinin təbliği üçün deyil, həm də beynəlxalq aləmdə son dövrlər cərəyan edən neqativ proseslərin, ksenofobiyanın, dini ekstremizmin qarşısının alınmasında belə tədbirlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu istiqamətdə kifayət qədər uğurlu fəaliyyət göstərməklə, dünyada dinlərəarası, millətlərarası dialoqa öz töfhəsini verməkdədir. Bu gün inkişaf edən Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir".

Sahibə Qafarova vurğulayıb ki, müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu elm adamlarının, dövlət və din xadimlərinin qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması və müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar: "Bu beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadim, ayrı-ayrı sahələr üzrə ekspertlər, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər. Keçirilən forumlar Azərbaycanın dünyadakı yerinin möhkəmləndiyini bir daha təsdiq edir".

Ölkəmizdə son dövrlər multikulturalizmin, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərin də əhəmiyyətini vurğulayan S.Qafarova deyib ki, istər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər, istərsə də, Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bilik fondunun yaradılması Azərbaycan dövlətinin  bu məsələlərə yüksək diqqət və qayğısının təsdiqidir.

DİGƏR Xəbərlər Arxiv