YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir

«İdman Azərbaycanda dövlət siyasətinin prioritet sahələrindəndir». Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, əldə olnunan  nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir. Onun sözlərinə görə, idmançılarımızın Olimpiya Oyunları, dünya, Avropa çempionatları və kubokları, mötəbər beynəlxalq yarışlardakı nəticələri ölkəmizdə idman sahəsinin uğurlu inkişafının göstəricisidir.

«Azərbaycanda idmanın böyük maddi-texniki bazası, infrastrukturu mövcuddur. Ölkəmiz dünyanın ən mötəbər kompleks idman yarışlarına ev sahibliyi edir. Azərbaycanın idman mütəxəssisləri dünya federasiyalarının rəhbərliklərində təmsil olunurlar. Bu il ölkəmizdə keçirilən mötəbər beynəlxalq yarışlar da yüksək səviyyədə təşkil olunub və Azərbaycan bir daha dünyanın idman mərkəzlərindən biri olduğunu sübut edib»- deyə, deputat qeyd edib.