YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İv Lasmartres: Müasir Azərbaycanın inkişafı Heydər Əliyevin sayəsində mümkün olub

Müasir Azərbaycanın banisi Heydər Əliyevdir və bu ölkənin inkişafı onun siyasəti sayəsində mümkün olub.

Bu fikirləri ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Parisdə təşkil olunmuş anım mərasimində iştirak edən ictimai işlər üzrə xüsusi konsultant İv Lasmartres bildirib.

“Azərbaycan təlatümlü okeanda sabitlik adasıdır. Ona qonşu ölkələrdə vəziyyət hamıya məlumdur. Ancaq ölkədə aparılan müdrik siyasətin nəticəsidir ki, ölkənizdə sabitlik qorunub saxlanılır.

Ölkənizdə bir neçə dəfə olmuşam. Ölkədə başgicəlləndirici inkişafın şahidi olmuşam. Ölkəniz etibarlı əllərdədir.

Azərbaycan çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu ölkənin nüfuzunu göstərir. Tezliklə yenə Azərbaycana gedəcəyəm”, - deyə İ. Lasmartres diqqətə çatdırıb.