YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: Rusiya Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsini bundan sonra da dəstəkləyəcək

Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsini davam etdirmək barədə razılaşma əldə olunsa, Rusiya tərəflər arasında həmin mübadiləni dəstəkləyəcək.

Bunu Moskvada brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib: “Mən dəfələrlə bu mövzu ilə bağlı fikirlərimi söyləmişəm. Əsirlərin mübadiləsi məsələsi hər zaman danışıqların gündəliyində olub. Məsələn, bu ilin aprelində Moskvada Azərbaycan, Ermənistan və Rusiya nazirləri arasında görüş həmin mövzuya həsr edilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak ediblər. Tərəflər şərtləşiblər ki, onların ərazilərində həbsdə olan şəxslərin yanına qohumlarının buraxılmasına dair qarşılıqlı tədbirlər görülsün. Bildiyiniz kimi, Qırmızı Xaç Cəmiyyətinin köməyi ilə bir Azərbaycan vətəndaşı və bir Ermənistan vətəndaşı bu ilin iyununda öz vətənlərinə qayıdıblar. Biz bu son dərəcə mühüm aksiyanı alqışlayırıq və onu həbsdə olan şəxslərin aqibətinin yumşaldılması istiqamətində ilk addım kimi nəzərdən keçiririk. Başqa məhbuslar barəsində də iş aparılır. Əgər razılaşma əldə edilsə, şəksiz ki, biz onu dəstəkləyəcəyik”.