YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Bugünkü dünyamızda mədəniyyətlər və sivilizasiyalararası əlaqələrin gücləndirilməsi çox vacibdir

Azərbaycan ayrı-ayrı sivilizasiyaların, mədəniyyətlərin qovşağında yerləşir. Prezident İlham Əliyevin siyasətində mədəniyyətlər və sivilizasiyalararası münasibətlər məsələsi önəmli yerlərdən birini tutur. Bakı şəhərində bununla bağlı çoxsaylı tədbirlər keçirilib.

Bu sözləri jurnalistlərə müsahibəsində “Mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Azərbaycan “Bakı prosesi”nin həyata keçirilməsində aparıcı rol oynayan ölkədir. Eyni zamanda, mədəniyyətlərarası dialoq məsələsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də xaricdə çoxsaylı tədbirlərə imza atıb. Bugünkü dünyamızda mədəniyyətlər və sivilizasiyalararası əlaqələrin gücləndirilməsi çox vacibdir, çünki müasir dünyamızı təhdid edən bir sıra məsələlər var ki, bunların həll edilməsində dialoq mühitinin gücləndirilməsi çox vacib elementlərdən biridir. Qafqaz Müsəlmanları İdarəsi ilə birgə Dövlət Komitəsi bu sahədə çoxsaylı tədbirlər həyata keçirib. Bu yaxınlarda Bakıda dünya liderlərinin ikinci sammiti keçirilmiş, Bakı bəyannaməsi qəbul edilib. Bütövlükdə bu tədbirlərin əhəmiyyəti Azərbaycanın multikultural, tolerant dəyərlərinin dünyaya çatdırılmasında əhəmiyyətli yer tutur”, - deyə komitə sədri bildirib.