YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşad Məmmədov: Azərbaycan artıq Avropa bazarlarında kifayət qədər dayanıqlı rəqabət üstünlüyünə malikdir

Azərbaycan özünün müasir inkişaf dövrünü yaşayır.

Bunu Trend-ə Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, həm neft, həm də qaz seqmenti üzrə təbii resursların ixracı ilə bağlı düşünülmüş siyasətin həyata keçirilməsi ona şərait yaratdı ki, biz faktiki olaraq bu infrastruktur layihələrinin, təbii ehtiyatlarla bağlı olan layihələrin artıq tam şəkildə reallaşması prosesinin yekununu seyr edirik:

"Bu da onu deməyə əsas verir ki, çox yüksək valatillik olan enerji ixracatı seqmetində Azərbaycan faktiki olaraq öz bazar hədəflərini tapıb. Biz bu gün artıq Avropa bazarlarında kifayət qədər dayanıqlı rəqabət üstünlüyünə malikik. Hətta deyərdim ki, bir sıra Avropa ölkələri Azərbaycan ixrac qazının əldə olunması ilə bağlı bu gün real olaraq mübarizə aparırlar".