YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusunun “Əbədiyaşar Ali Baş Komandan” ekspedisiyası uğurla başa çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, tədbirlər çərçivəsində Müdafiə nazirinin müvafiq əmri ilə hərbi alpinistlərimizin “Əbədiyaşar Ali Baş Komandan” adlı ekspedisiyası təşkil olunub.

Ekspedisiya zamanı hərbi alpinistlər polkovnik-leytenant Zal Nəbiyev və baş leytenant Ülvi Məmmədli respublikamızın ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin ikinci ən yüksək zirvəsi olan “Şahdağ” (4243 metr) və “Heydər Əliyev” (3763 metr) zirvələrinə qalxaraq orada Azərbaycan Ordusunun və Hərbi Hava Qüvvələrinin bayraqlarını dalğalandırıblar.