YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Uğurlu seçki kampaniyası YAP-ın bələdiyyə seçkilərində qələbəsini təmin edəcək

“Təməli Ulu Öndərimiz Heyər Əliyev tərəfindən qoyulmuş yerli özünüidarəetmə orqanı olan bələdiyyələr artıq 20 ildir ki, fəaliyyətdədir. Bu gün Azərbaycanda bələdiyyələrə seçkiləri kampaniyasının ən məsul məqamları yaşanmaqdadır. Seçki kampaniyasının başlanılmasına start verildiyi gündən başlayaraq Seçki Məcəlləsinin tələblərinə və MSK-nın təsdiq etdiyi Təqvim planına uyğun qaydada bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi seçkilərə hazırlığın ilkin mərhələsi olaraq artıq başa çatmış, hazırda isə qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası aparılır”. Bu fikirləri YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, seçkilərin hazırlığına başlamadan əvvəl YAP Yevlax rayon təşkilatının qarşısındakı bu mühüm kampaniya ilə əlaqədar əsas tədbirlərin müəyyənləşdirilməsinə ehtiyac duymuş, bu məqsədlə ilkin olaraq YAP Mərkəzi Seçki Qərargahının 21 nəfərdən ibarət rayon şöbəsini təsis etmiş, qanunvericiliyin tələblərnə müvafiq olaraq seçkilərdə YAP üzvlərinin maksimum təmsilçiliyinə nail olmaq, onların siyahılarını dürüstləşdirmək, eyni zamanda seçkilərin gedişi zamanı müşahidəçi qismində fəaliyyət göstərəcək fəalların müəyyənləşdirilməsi, habelə təbliğat-təşviqat işlərinin yüksək səviyyədə aparılması təmin etmək məqsədilə 15 nəfərdən ibarət işçi qrupu yaradəb ki, həmin qrup bu gün də öz işlərini davam etdirməkdədir.

“Məlum olduğu kimi Yevlax rayonunda iki seçki dairəsinin əhatə etdiyi 29 bələdiyyə üzrə 267 nəfər bələdiyyə üzvləri seçilməlidir. Bunlardan 89 nəfəri 48 saylı Yevlax Seçki Dairəsinin 9 bələdiyyəsinə, 178 nəfəri isə 49 saylı Yevlax-Mingəçecir Seçki Dairəsinin 20 bələdiyyəsinə aiddir. Namizədlərin irəli sürüldüyü mərhələdə hər iki seçki darəsindən toplam olaraq 802 nəfər namizəd qeydə alınıb ki, ondan 267 nəfər YAP-ni təmsil edir. Seçkilərin azad, demokratik və şəffaflıq şəraitində keçirilməsini müşahidə üçün hər iki seçki darəsinə və 57 seçki məntəqələrinin hər birinə Yeni Azərbaycan Partiyasının müşahidəçilər təyin olunub ki, sesvermə günü onların hamisi öz missiyalarını şərəflə yerinə yetirəcəklər. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədlərin, seçkilərin və təşviqat qrupu üzvlərinin fəallığı ilə təsdiq olunmuş qrafikə müvafiq olaraq artıq tərəfimizdən xeyli görüş  keçirilib. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının ölkə üzrə  yüksək səviyyədə təşkil etdiyi təbliğat-təşviqatdə kampaniysı bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının qələbəsini təmin edəcək”-deyə, İ.Məmmədov vurğulayıb.