YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar təşkilatında bələdiyyə seçkiləri ilə bağlı görüş keçirilib

Yeni Azərbaycan Partiyası  Biləsuvar rayon təşkilatında bələdiyyə seçkilərində partiya tərəfindən Biləsuvar rayon bələdiyyələrinə irəli sürülmüş namizədlərlə və Seçki Qərargahının üzvləri ilə görüş keçirilib. Görüşü YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə ətraflı məlumat verib. 

Tədbirdə Milli Məclisin deputatı Malik Həsənov və «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək YAP-ın alternativsiz siyasi qüvvə olduğunu və və Azərbaycanın siyası arenasında özünəməxsus yer tutduğunu vurğulayıblar. Qeyd olunub ki, YAP qarşıdan gələn bələdiyyə seçkilərinə mütəşəkkil qaydada gedir və bu da qələbəni şərtləndirən əsas amillərdən biridir. 

DİGƏR Xəbərlər Arxiv