YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elxan Süleymanov: Avropa Parlamentinin prezidenti Martin Şultsun ölkəmizdə demokratiyanın və insan haqlarının vəziyyətinə dair fikirləri qeyri-obyektivdir

«Avropa Parlamentinin prezidenti Martin Şultsun ölkəmizdə demokratiyanın və insan haqlarının vəziyyətinə dair fikirləri qeyri-obyektivdir». Bu fikri Azərbaycanın AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov deyib.

E.Süleymanov bildirib ki, onun məsuliyyətsiz bəyanatları beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini zədələməyə xidmət edir. Onun sözlərinə görə, vətənə xəyanət  və digər qanun pozuntuları səbəbindən həbs olunan şəxsləri M.Şulstun «günahsız» adlandırmasına  heç bir əsas yoxdur.

«Şultsun  anti-Azərbaycan çıxışından qidalanan tərəfdaşları Azərbaycanın dünyada mənfi imicinin formalaşdırılması üsün bu yöndə fəaliyyətlərini davam etdirirlər. Amma bu cəhdlər heç bir nəticə verməyəcək. İnsan haqlarından narahat olan təşkilatlar Ermənistanın hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş yüzminlərlə insanın hüquqlarını bərpa üçün addımlar atsınlar. Amma Avropa Parlamentinin prezidenti Martin Şults bu haqda müraciətləri cavabsız qoyur»- deyə, E.Süleymanov vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv