YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi

Yeni Azərbaycan Partiyası seçki qanunvericiliyinə uyğun olaraq fevralın 9-da  keçiriləcək parlament seçkiləri ilə bağlı seçki kampaniyasını uğurla davam etdirir.

 Artıq yanvarın 17-dən  seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə start verilib. Bununla əlaqədar olaraq,  YAP  Xətəai rayon  təşkilatının seçki qərərgahı  bütün imkanlarını səfərbər ediblər. Qeyd edək ki, YAP-ın Xətai  rayon təşkilatının Seçki Qərargahı da parlament seçkiləri kampaniyasını fəal şəkildə həyata keçirir. Belə ki, Xətai  rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bildiririk ki, Xətai rayonunda  33 saylı  Xətai  birinci,  34 saylı Xətai  ikinci,  35 saylı  Xətai üçüncü  və 36 saylı Xətai dördüncü  Dairə Seçki Komissiyaları    yerləşir. Rayonda seçki məntəqələrinin sayı 141-dir.

Gənc fəallar  müəyyən edilmiş  yerlərdə  partiya tərəfindən irəli sürülmüş namizədlərimizin   quraşdırılmış təşviqat lövhələrinə şəkillərini  vurmağa başladılar.

Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcəkdir.

 

DİGƏR Xəbərlər Arxiv