YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatı tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar təbliğat kampaniyası uğurla davam etdirilir

9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırım günün ilk yarısında şəhid ailələri ilə, günün ikinci yarısında təhsil işçiləri ilə görüş keçirmişdir.  Görüşləri YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində, respublikamızın inkişafı sürətlənmişdir və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir. O, qeyd etmişdir ki, ölkəmizin ümumi inkişafına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının resurslarının güclənməsi də, məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürmüşdür. Parlament seçkilərində "Daha güclü Azərbaycan naminə" şüarı ilə iştirak edən Partiyamız ən layiqli namizədləri irəli sürmüşdür və seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq.                                                              

Görüşlərdə YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası ötən dövr ərzində sübut etmişdir ki, partiyamız ümumxalq dəstəyi və etimadı qazanan Qələbələr Partiyasıdır. Əminik ki, Parlament seçkilərində də xalqımız Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək və partiyamız bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaqdır. Məlahət İbrahimqızı Fatma Yıldırımın Bərdəyə layiqli namizəd olduğunu bildirmiş və seçiciləri ona səs verməyə çağırmışdır.  

Görüşlərdə çıxış edən deputatlığa namizəd Fatma Yıldırım Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsinə görə Partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. Fatma Yıldırım Yeni Azərbaycan Partiyası tərəfindən ona böyük etimad göstərildiyini və bərdəli seçicilərlə birlikdə bu etimadı doğrultmağa çalışacağını qeyd etmişdir.

Görüşlərdə Səbuhi Yusifov, Qurban Məmmədov, Xosrov Musayev, Tofiqə Məmmədova, Aqşin Hacızadə çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırımın Parlament seçkilərində qalib gələcəyinə əminliklərini ifadə etdilər.

Sonda Fəqət Şadlinskaya seçiciləri 9 fevral tarixindəki Milli Məclisə seçkilər günündə fəallığa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırmışdır.

DİGƏR Xəbərlər Arxiv