YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

82 saylı Ağcabədi Seçki Dairəsindən namizəd Tahir Rzayevin seçicilərlə görüşü davam edir

25 yanvar 2020-ci il tarixdə Ağcabədi rayonunun  Mehrablı, Kəbirli, Aran kəndlərində, 82 saylı Ağcabədi  Seçki Dairəsindən Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının vahid namizədi  Tahir Musa oğlu Rzayevin  təbliğat-təşviqat kompaniyası çərçivəsində seçicilərlə  görüşü keçirilmişdir.

Görüşü Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin üzvü Teymur Rəhimov açaraq deputatlığa namizəd Tahir Rzayevin həyat və  faliyyəti barədə  seçicilərə məlumat vermişdir. Sonra söz Deputatlığa namizəd Tahir Rzayevə verildi. Tahir Rzayev son dövrlər də ölkədə görülən işlər, ölkə əhalisinin maddi rifah halının yüksəldilməsi üçün  Prezidentin verdiyi sərəncamlar, habelə genişmiqyaslı  layihələr barədə konkret rəqəmlərlə məlumat verdi  və qısa olaraq YAP-ın seçki Proqramı ilə seçiciləri tanış etdi.

Görüşün sonunda Tahir Rzayev verilən sualları cavablandırdı və seçicilərə öz minnətdarlığını bildirdi.

 

 

 

                           

DİGƏR Xəbərlər Arxiv