YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü, təşkilatçılığı ilə həyata keçirilən layihələrin hər birinin tarixi əhəmiyyət daşıdığını söyləyib.

Prezident bu layihələrin, ümumiyyətlə, görülən işlərin hamısının Azərbaycan xalqı qarşısında böyük xidmətlər olduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran bizim siyasətimiz və addımlarımızdır. “Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir”, - deyə Prezident bildirib.

 

DİGƏR xəbərlər Arxiv