YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarovanın seçicilərlə izdihamlı görüşü

9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurla davam edir. YAP namizədinin növbəti izdihamlı görüşü keçirilib. Görüşdə namizədin vəkilləri və təşviqat qrupunun üzvləri çıxış edərək S.Qafarovanın fəaliyyəti haqqında məlumat veriblər. Qeyd olunub ki, Sahibə Qafarova Milli Məclisin üzvü kimi bu günə qədər seçiciləri ilə daim bir yerdə olub, onların müraciətlərinə həssaslıqla yanaşıb. Eyni zamanda, beynəlxalq təşkilatlarda Azərbaycanı uğurla təmsil edib. Çıxışçılar seçicilərin YAP-ın namizədinə səs verəcəyinə və öz növbəsində S.Qafarovanın da növbəti dəfə seçicilərin etimadını doğruldacağına əminliklərini bildiriblər.

Çıxış edən Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. O həmçinin ölkəmizdə reallaşdırılan uğurlu siyasət və onun möhtəşəm nəticələri barədə danışıb. Deputatlığa namizədin sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: "Bu gün həyata keçirilən genişmiqyaslı islahatlar həyatın bütün sahələrini əhatə edir və müsbət inkişaf göstəriciləri ilə müşayiət olunur. İslahatların uğurlu nəticələri vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsini, əhalinin güzəranının daha da yaxşılaşmasını təmin edib. Qarşıdakı dövrdə isə bizi daha böyük uğurlar gözləyir. Ona görə də YAP seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə gedir".

S.Qafarova rayon sakinlərini fevralın 9-da fəal olmağa, YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər də S.Qafarovanın millət vəkili kimi, hər zaman seçicilərin yanında olduğunu, onları layiqli şəkildə təmsil etdiyini, seçicilərinin qayğılarına yüksək həssaslıq və diqqət göstərdiyini vurğulayıblar. Qeyd olunub ki, Şəmkir rayon seçiciləri 9 fevralda birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının namizədi S.Qafarovaya səs verəcəklər.