YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatala ağsaqqalları YAP-ın namizədi Kamilə Əliyevaya xeyir-dua veriblər

Deputatlığa namizəd Kamilə Əliyeva növbəti görüşünü Zaqatala rayonunun ağsaqqalları ilə keçirib.

Görüşdə Kamilə Əliyeva bildirib ki, Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret Dövlət proqramları həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən Dövlət proqramlarının bugünkü uğurlu nəticələri bir daha sübut edir ki, məqsədyönlü şəkildə effektiv islahatlar bütün sahələrin paralel inkişafını təmin edib. Kamilə Əliyeva aparılan islahatlardan Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasətindən, dövlətin xalq üçün gördüyü çoxşaxəli işlərdən bəhs edərək bildirib ki, reallaşdırılan islahatların tərkib hissəsi olaraq, parlament daxilində də bu mühüm addım atılır. Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir.

Görüşdə ağsaqqallar Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyəcəklərini, deputatlığa namizəd Kamilə Əliyevaya yekdilliklə səs verəcəklərini bildirib, xeyir-dualarını veriblər.