YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Könüllülük hərəkatının daha da genişləndirilməsi gənclərin vətənpərvərlik tərbiyəsinə də müsbət təsir göstərəcək

“Bu il könüllülərlə bağlı beynəlxalq tədbirlər keçiriləcək. Könüllülük menecmenti, idarəetməsi ilə bağlı təcrübə mübadiləsi baxımından beynəlxalq forum təşkil olunacaq”. Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, il ərzində könüllülüyün dayanıqlı inkişafı məqsədilə konfrans və dəyirmi masaların keçirilməsi də planlaşdırılır. Ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 17 səfir seçilib. Onların vasitəsilə bir sıra kiçik layihələrin bölgələrdə keçirilməsini və beləliklə, Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən könüllülük fəaliyyətini inkişaf etdirmək istəyirik. BMT-nin Könüllülük Proqramı ilə niyyət protokolu imzalamışıq. Digər ölkələrdə keçiriləcək beynəlxalq tədbirlərdə könüllülərimizin daha geniş iştirakını düşünürük.

“Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ili ölkəmizdə “Gənclər ili” elan etmişdi. Könüllülük bilavasitə gənclərlə bağlı olduğu üçün bu, gənclər hərəkatının, gənclər siyasətinin yeni bir mərhələsidir. Düşünürəm ki, könüllülük hərəkatının daha da genişləndirilməsi gənclərin vətənpərvərlik tərbiyəsinə də müsbət təsir göstərəcək. Bu il bizi maraqlı layihələr gözləyir. “Könüllülər ili” başa çatandan sonra da bu proses davam edəcək”-deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv