YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Həsənova: Sahibkar qadınlara dövlət tərəfindən lazımi dəstək verilir

“Azərbaycan qadınları ölkəmizin ictimai həyatında fəal rol oynayırlar. Qadınlar cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib”. Bu fikirləri İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənova bildirib ki, özəl sektorda qadın sahibkarların fəaliyyəti genişlənməkdədir. Onun sözlərinə görə, məşğulluğun artmasında və sahibkarlığın inkişafında qadınların rolu artır.

“Bu gün ölkəmizdə sahibkarlıq inkişaf edir. Azərbaycan qadınları da bu inkişaf prosesində fəal iştirak edirlər. Azərbaycanda qadınların sahibkarlıqla məşğul olmaları üçün bütün imkanlar var. Bunun üçün sahibkar qadınlara dövlət tərəfindən lazımi dəstək verilir. Bu sahədə  qadınların fəallığının artırılması istiqamətində işlər gedir”-deyə, nazir müavini vurğulayıb.