YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Qadın dövlət həyatının vacib iştirakçısı, ictimai-siyasi proseslərin bərabərhüquqlu üzvüdür

“Biz qadınlarla bağlı bütün ictimai, siyasi, sosial-mədəni, humanitar-mənəvi və s. məsələləri göz önünə gətirsək, görərik ki, bu yalnız qadınlara aid deyil. Bu, qadınların da bərabərhüquqlu və çox vacib üzvü olduğu dövlət, cəmiyyət və insan həyatının tam özüdür. Zənnimcə, qadınla bağlı olduğu deyilən məsələlər bütövlükdə cəmiyyətin və dövlətin, o cümlədən insanlığın məsələləridir. Ona görə də, biz mövzuya məhz bu konteksdə yanaşmalı, dəyərləndirməli və nəticələr çıxarmalıyıq”. Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev də qadın amilinə, onun ən müxtəlif xarakterli roluna məhz bu aspektdən yanaşırdı. Qadına dövlət həyatının vacib iştirakçısı, ictimai-siyasi proseslərin bərabərhüquqlu üzvü, milli-mənəvi dəyərlərimizin və ailə ocağının qoruyucusu, demək olar ki, inkişafın bərabərhüquqlu tərəfdaşı kimi yanaşılırdı.

“Bu nöqteyi-nəzərdən, qadın amili Azərbaycanda əvvəllər də tarixən ciddi dəyərləndirilib və Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu zamanlarda bu məsələyə xüsusi diqqət yetirilib. Bir tərəfdən, cəmiyyət həyatında qadın iştirakçılığının və rolunun artırılması ilə bağlı çoxsaylı addımlar atılıb, digər tərəfdən isə qadına münasibətin müasir standartlara uyğunlaşdırılması baxımından çox vacib işlər görülüb. Prezidentimiz cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dönəmində isə bu sahə ilə bağlı işlər daha böyük vüsət almış, dövlət qadın və ailə siyasəti daha yüksək standartlar səviyyəsinə qaldırılmışdır. Bu mənada, hesab edirəm ki, biz bu məsələni ümumi inkişafımızın əsas tərkib hissəsi, aparıcı istiqaməti kimi qəbul etməli və dəyərləndirməliyik”-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv