YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Dövlətimiz sosial layihələri uğurla həyata keçirir

«Dövlətimiz sosial layihələri uğurla həyata keçirir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dünya ölkələrinin bir çoxunda iqtisadi böhran nəticəsində müəyyən sosial proqramlar təxirə salınır. Onun sözlərinə görə, bu da həmin ölkələrin vətəndaşları tərəfindən etirazlarla qarşılanır.
«Azərbaycan dövləti isə sosial layihələri dönmədən, qətiyyətlə həyata keçirir. Əvvəlki proqramların icrası ilə yanaşı yeni sosial layihələr də həyata vəsiqə qazanır. Dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq əməkhaqları, pensiyalar və sosual müavinətlər artırılır. 2019-cu ildə bu baxımdan inqilabi addımlar atıldı. Bu istiqamətdə atılan addımlar, verilən  qərarlar bütövlükdə cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki verilən bütün sosialyönümlü qərarlar vətəndaşların maraqlarına xidmət edir»- deyə, millət vəkili vurğulayıb.