YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycan qadınları dövlətimizin inkişafı üçün öz töhfələrini verirlər

“Qadınlar hər zaman öz hüquqlarını reallaşdırmaq üçün, dövlətimizin inkişafı üçün öz töhfələrini vermişlər. Hər bir dövlətin, xalqın inkişafında əsas hərəkətverici qüvvələrdən biri qadındır. Bu baxımdan qadına olan münasibət, onun hüquqlarının qorunması həm də həmin xalqın inkişaf tarixində özünü ifadə edir.  Biz müstəqilliyimizi çox çətin və mürəkkəb bir şəraitdə əldə etmişik. Və bu mübarizədə qadınlar da öz üzərinə düşən məsuliyyəti dərk edərək, fəaliyyət göstəriblər”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki,  ölkənin daxilində baş verən siyasi proseslər, sosial və idarəetmə sahəsində aparılan islahatlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir.  2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. Çünki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib. Sosial infrastrukturun inkişafı göz önündədir. Nə qədər məktəb, tibb müəssisəsi, idman və gənclər mərkəzləri əsaslı təmir edilib və ya yenidən tikilib. Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təsdiq  edirlər. Cənab Prezidentin  təşəbbüsü ilə, yaddan çıxmış və artıq tarixə çevrilən bir çox sahələrin yenidən dirçəldilib. Baramaçılığın, pambıqçılığın, tütünçülüyün, əkinçiliyin, üzümçülüyün, xalçıçılığın yenidən inkişafı həm də qadınlarımızın məşğulluğuna müsbət təsir göstərir.

“Həyata keçirilən  dövlət siyasət nəticəsində aztəminatlı, ünvanlı sosial yardım alan,  riskli ailələrdən olan, eləcə də kənd və rayonlarda yaşayan  xüsusi həssas yanaşma tələb edən qadınların məşğulluğunun artırılması üçün müxtəlif sahələrdə onların biznesə cəlb olunmalarını sürətləndirir. Qəbul olunmuş bir sıra dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır.Hökumət Gələcəyə Baxış İnkişaf Konsepsiyasına əsaslanaraq   və  BMT-nin  Dayanıqlı İnkişaf Məqsədlərinə  dayanaraq, gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi sahəsinə xüsusi diqqət yetirir. Cari ildə  qadın hüquqları və gender bərabərliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, erkən nikahlar, məişət zorakılığı və reproduktiv sağlamlıq haqqında maarifləndirmə,  qadınlar arasında  sahibkarlığın inkişafı və məşğulluğun artırılması istiqamətində peşə kurslarının, maliyyə savadlılığı təlimlərinin keçirilməsi, qadınların əl işlərindən ibarət satış sərgilərinin təşkili, gender məsələləri üzrə məsul şəxslərlə işin aparılması sahəsində işlər görülüb”-deyə, H.Hüseynova qeyd edib.

DİGƏR Xəbərlər Arxiv