YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Növbəti bələdiyyə seçkiləri demokratik inkişafın mühüm göstəricisi olacaq

«Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf edir». Bu fikri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycan dünya ölkələri arasında öz iqtisadi qüdrətinə görə önəmli yer tutan bir ölkəyə çevrilib. Onun sözlərinə görə, Prezident  İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan nəinki regionda, həmçinin, Avropa miqyasında güclü inkişaf edən bir dövlətdir.

«Eyni zamanda, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yer tutmaqdadır. Bu mənada yerli demokratiyanın inkişafında bələdiyyələr vacib rol oynayır. Fikrimcə, növbəti bələdiyyə seçkiləri də demokratik inkişafın mühüm göstəricisi olacaq»- deyə, komitə sədri vurğulayıb.