YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Qanunvericilikdə keyfiyyətə daha çox üstünlük veriləcək

“Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisdəki nitqi tarixi çıxış kimi qiymətləndirilməlidir. Dövlət başçısının dərinməzmunlu nitqi  Azərbaycan parlamentinin tarixinə yeni bir səhifə yazmış oldu”. Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

 İ.Məmmədov bildirib ki, cənab Prezidentin tövsiyələrindən biri odur ki, Azərbaycan qanunvericiliyində kəmiyyətdən daha çox keyfiyyətə diqqət yetirilməlidir. Onun sözlərinə görə, keyfiyyətin artırılması müəyyən məsələlərin həlli ilə bağlı qanunların icrasında boşluqları aradan qaldırmaq istiqamətində vacib addımdır.

“Hesab edirəm ki, Cənab Prezidentin çıxışında qeyd olunan məsələlər hər bir vətəndaşın həyatına müsbət təsir edəcək. Prezidentimizin nitqi iqtisadiyyatın inkişafına təkan verməklə bərabər, həm də ölkədə mövcud olan sosial problemlərin həllində nəticəyə hesablanmış mexanizmlərin yaradılmasını ehtiva edir. Hər bir vətəndaşımızın arzusu Azərbaycanı təhlükəsiz, gələcəyə inamla baxan bir ölkə kimi görməkdir. Dünyada baş verən təlatümlərə, böhranlara baxmayaraq, ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan öz müstəqil siyasətini yürüdür və gələcəkdə də yürüdəcək. Bu prosesə ölkə parlamenti də ciddi töhfələr verəcək”-deyə, deputat qeyd edib.