YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Sabirabad rayonunda karantin rejimi çərçivəsində tədbirlər davam etdirilir

Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində  atılan addımlar davamlılığı ilə diqqətdədir. Azərbaycan dövlətinin ilk gündən  infeksiyasının qarşısının alınması, virusa yoluxmanın əhatə dairəsinin genişlənməməsi istiqamətində göstərdiyi səylərin, həyata keçirdiyi tədbirlərin nəticələri göz önündədir.

Bu fikirləri  Milli Məclisin deputatı Ramin Məmmədov bildirib. Millət vəkili qeyd edib ki,  koronavirus (COVID-19 ) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanın digər yerlərində olduğu kimi, Sabirabad rayonunda da xüsusi karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən əhalinin sosial təcridinin gücləndirilməsi işi daha da ciddi xarakter alıb.  Bundan irəli gələn mühüm tədbirlərdən biri də şəhərlər və rayonlararası gediş-gəlişlərə məhdudiyyət və qadağaların qoyulmasıdır. Belə bir vəziyyətdə Sabirabad-Salyan yolu ərazisində yerləşən və əhalisi 20 mindən  çox olan 12 kənd  aptekin olmaması ilə bağlı  müəyyən çətinliklər yaşamışdır.  Kənd sakinləri gündəlik təlabat mallarını əldə etmək üçün  Şirvan və Salyan şəhərlərinə səfər edirdilər. Mövcud vəziyyətlə bağlı yaranmış çətinlikləri aradan qaldırmaq üçün  ilkin addımlar atılmış,  7 tibb məntəqəsi (Qarağac, Poladtuğay, Xankeçən, Muğangəncəli, Cəngan, Çiçəkli, Salmanlı) və 2 sahə xəstəxanasının (Yaxa Dəllək və Azadkənd) fasiləsiz, davamlı faəliyyəti təşkil edilmiş, xəstələr üçün ilkin tibbi yardım ləvazimatları  9 tibb məntəqəsinə göndərilmiş,  sakinlərin dərmanlarla pulsuz təchizatı təmin edilmişdir.

DİGƏR Xəbərlər Arxiv