YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artilleriya bölmələri döyüş atışları icra edir

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonlarında artilleriya bölmələrinin döyüş atışlı məşqləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırlıq məşqlərinin məqsədi artilleriya bölmələrinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və onların döyüş uzlaşmasının səviyyəsinin artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri döyüş atışları icra edir.