YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir

Koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Rusiya və Azərbaycanın Xarici İşlər nazirlikləri başçılarının son iki telefon danışıqlarının mövzusu barədə suala cavabında bəyan edib.

“Həqiqətən, koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir. Sualda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanın Xarici İşlər naziri cənab Məmmədyarovla telefon danışıqları xatırlandı. Belə ki, daha əvvəl, aprelin 8-də Lavrovla onun erməni həmkarı cənab Mnatsakanyan arasında telefon danışığı olub. O cümlədən nizamlanma ilə bağlı məsələlər də nəzərdən keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, Fransa və ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Kaspşik tərəflər ilə müntəzəm əlaqə saxlayırlar. Davam edən məsləhətləşmələr seriyasında koronavirus infeksiyası mövzusu, onun danışıqlar prosesinə təsiri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bəzi məsələləri diqqət mərkəzindədir. Sərhəddə, təmas xəttində vəziyyət müzakirə olunub. Həmsədrlərin ortaq fəaliyyəti barədə məlumatı onların 19 mart tarixli birgə bəyanatından almaq olar. Bəyanat ATƏT-in saytında yerləşdirilib”, - deyə M.Zaxarova bəyan edib.

RF XİN rəsmisi, həmçinin Rusiya və Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizədə əməkdaşlığını şərh edərək deyib: “Yeni koronavirus infeksiyasına qarşı mübarizədə və onun sosial-iqtisadi fəsadlarının aradan qaldırılması sahəsində ölkələrimizin səylərinin əlaqələndirilməsi məsələləri hazırda hər iki tərəfin gündəliyində duran mühüm mövzudur. Rusiya və Azərbaycan arasında bu sahədə sıx qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub. Mövzu bir neçə dəfə iki ölkənin hökumət başçıları – cənab Mişustin və cənab Əsədov, Xarici İşlər nazirləri – müvafiq olaraq, cənab Lavrov və cənab Məmmədyarov tərəfindən müzakirə edilib. Rusiya və Azərbaycanın sahəvi qurumları da əlaqə saxlayırlar. Virusun laboratoriya şəraitində diaqnostikası məqsədilə cari ilin mart ayının əvvəllərindən Rusiya tərəfindən Azərbaycana 12 min tədqiqat üçün 120 dəst test sistemi verilib. Biz bundan sonra da tərəfdaşlarımıza lazımi köməklik göstərməyə hazırıq. Moskva və Bakı ölkələrimizin vətəndaşlarının öz vətənlərinə qayıtmaları məsələsində sıx əməkdaşlıq edirlər. Biz bu məsələdə göstərilən köməyə görə Azərbaycan tərəfinə minnətdarıq. Bu, birgə səylərdir, bir sözlə, işləyirik”.

DİGƏR Xəbərlər Arxiv