YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Cavad Cahangirzadə: İran ilə Azərbaycan arasında iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan ilə İran arasında sərhədlərin bağlı olmasına baxmayaraq, iki ölkənin ticarət əlaqələri davam edir.

Bu sözləri yerli mətbuata müsahibəsində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

O bildirib ki, Azərbaycanın böyük nəqliyyat potensialı var və iki ölkə arasında yüklərin tranzit daşınması sahəsində yaxın əməkdaşlıq əlaqələri mövcuddur.

Diplomat diqqətə çatdırıb ki, iki qonşu və dost ölkə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolunun inşasında da əməkdaşlıq edirlər. İki dövlət arasında iqtisadi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Buna misal olaraq Ərdəbil vilayətində birgə sənaye parkının yaradılması istiqamətində aparılan işi göstərmək olar.

Səfir bildirib ki, Azərbaycanın koronavirusla mübarizədə İrana 5 milyon dollar həcmində maliyyə yardımı göstərməsi ölkədə böyük müsbət rezonans doğurub. İran və Azərbaycan xalqları dar gündə bir-birinə yardım ediblər. Bu tendensiyanın davamı gələcəkdə dövlətlərimiz arasında qarşılıqlı əməkdaşlıq əlaqələrini, dostluğu və qardaşlığı daha da möhkəmləndirəcək.