YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində YAP Ağstafa rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov iştirak edib.

YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov tədbiri giriş sözü ilə açaraq təbliğat kampaniyası dövründə aparılan işlər barədə ümumi məlumat verib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov çıxış edərək gənclərin seçkilərdə iştirakının vacibliyini vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv