YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycan post-pandemiya dövrünə indidən hazırdır (VİDEO)

"İki aydan artıqdır ki, Azərbaycan koronavirusla çox ciddi mübarizə aparır və olduqca uğurlu nəticələr əldə edir. Bunu başlıca səbəbi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələyə olduqca həssas, kompleks, ardıcıl və dünya təcrübəsini nəzərə almaqla yanaşması oldu". Bu fikirləri Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Yeni Tv"-nin efirində səsləndirib. Komitə sədri bildirib ki, sərhədlərin bağlanması, koronavirusla mübarizənin bir mərkəzdən idarə olunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, pandemiyanın əhalinin iqtisadi-sosial vəziyyətinə, məşğulluğuna mənfi təsirlərinin azaldılması ilə bağlı sərəncamı imkan verdi ki, bu bəladan ən az zərərlə çıxaq.