YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycan dünya üçün qlobal düşüncəni təqdim etdi (VİDEO)

"Azərbaycan koronavirusla mübarizə məqsədilə düşünülmüş, planlaşdırılmış və öz potensialına arxalanaraq xüsusi tədbirləri millətinə təqdim etdi. Əldə olunan nəticələr göstərdi ki, Azərbaycanın gördüyü işlər düzgün həyata keçirilib".

Bu fikirləri "Yeni Tv"-nin efirində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. S.Seyidov qeyd edib ki, dövlətin həyata keçirdiyi işlər azərbaycanlıların həyatını xilas edib: "Bu gün dünyada on minlərlə insan xəstələnir, səhiyyə sistemi çökür və heç nə etmək olmur. Ancaq Azərbaycanın öncədən düşünülmüş, ardıcıl işlərlə koronavirusla mübarizədə uğurlu nəticələr əldə edir". Qoşulmama Hərəkatının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutan videokonfransına münasibət bildirən komitə sədri vurğulayıb ki, bu videokonfransda ölkə başçısı Azərbaycanın gördüyü işləri bir-bir dünyaya təqdim etdi və faciənin qarşısının alınması üçün yol göstərdi.