YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olduq

Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram. Yəni, pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə də hər şey müqayisədə ölçülür. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyət necədir, Azərbaycanda vəziyyət necədir? O ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat etdi. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Eyni zamanda, qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olduq.

Bu sözləri Prezident İlham Əliyev 3 saylı DOST mərkəzinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik”, - deyə dövlətimizin başçısı qeyd edib.