Xəbərlər
YAP Nizami rayon təşkilatı Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə sovqat paylayıb
Ramazan bayramı münasibətilə Nizami rayonunda Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, Böyük Vətən Müharibəsi veteranlarına, ağsaqqallara və aztəminatlı ailələrə bayram sovqatı paylanıb.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçicilərini bayram münasibətilə təbrik edib.
Seçicilər də öz növbəsində Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Ümumilikdə, 350 ailəyə Ramazan bayramı münasibətilə yardımlar verilib.