YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Ukraynanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Mayın 22-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər mövcud qlobal pandemiya ilə bağlı vəziyyətə toxunaraq, sağlamlıq böhranı ilə mübarizədə dövlətlər tərəfindən görülən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Mövcud vəziyyətdə qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, ölkələr arasında xüsusilə iqtisadi və enerji sahələrində əlaqələrin inkişafını, eləcə də tərəflərin milli maraqlarına uyğun olaraq, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 

DİGƏR Xəbərlər Arxiv