YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Milli Qurtuluş günü Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra tariximizin dönüş nöqtəsini təşkil etmişdir

“Müasir Azərbaycan tarixinin ən şərəfli anlarından olan Milli Qurtuluş günündən 27 il ötür. Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışını ifadə edən Milli Qurtuluş günü Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra tariximizin dönüş nöqtəsini təşkil etmişdir. AXC-Müsavat hakimiyyətinin yaratdığı və xaos, anarxiya, iqtisadi tənəzzül, 1600 faizlik inflyasiya, erməni təcavüzünün genişlənməsi, ölkənin cənubunda və şimalında tüğyan edən separatizm, beynəlxalq təcrid və s. müşaiyyət olunan ağır və hərtərəfli böhran yalnız Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı. Bu, sözün əsl mənasında Azərbaycanın və onun müstəqilliyinin xilası demək idi.” Bu fikirlər Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Milli Qurtuluş günü münasibəti ilə özünün rəsmi facebook səhifəsində yayımladığı məqaləsində yer almışdır.

Əli Əhmədov qeyd etmişdir: “1993-cü il iyunun 15-dən başlayan Qurtuluş məfkurəsi Azərbaycanın müstəqil dövlətinin qurulması və onun möhtəşəm inkişafının əsasını təşkil edir. Xalqımız bugünkü sabitlik və əmin-amanlığa, yüksəliş və müasirləşməyə görə Heydər Əliyevin tarixi qayıdışına minnətdardır.

Milli Qurtuluş bayramınız mübarək olsun.”