YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli faktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür

«Ölkəmizin neft və qaz sektorunda çox böyuk uğurlar və nailiyyətlər qazanılmışdır. Son 10 ilin ərzində neft hasilatı 2003-cü ildə 15,38 mln. tondan 2013-ci ildə 43,5 mln. tona qədər çatmışdır. Bunun da 35 mln. tonu yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində xarici konsorsiumn tərəfindən və əksəriyyəti Azəri-Çıraq-Günəşli yatağından hasil edilmişdir. Qaz hasilatı isə bu illərdə 5,51 mlrd. kubmetrdən 9,3 kubmetrədək artmışdır, onun da 74,3% Şahdəniz və Azəri-Çıraq-Günəşli yatağından hasil edilmişdir». Bu fikirləri energetika naziri Natiq Əliyev bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə  «İnkişafın 10 ili: 2004-2014» mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

N.Əliyev bildirib ki, son illərdə ölkənin enerji sisteminin gücü 40% artmışdır, bu da il ərzində 22-24 milyard kilovatsaat elektrik enerjisinin istehsal edilməsinə imkan verir və respublikanın maksimum tələbatını 25-27 faiz üstələyir, ildə 2,0 milyard kilovatsaata qədər enerji ixracına şərait yaradır. Onun sözlərinə görə, respublikada adambaşına düşən elektrik enerjisinin miqdarı 2220 kilovatsaata çatdırılmşdır ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsindədir.

«O da məlumdur ki, dünya iqtisadi sisteminə inteqrasiya edən, nəhəng investisiya layihələrinə imza atan Azərbaycan  həm də qlobal enerji bazarında mühüm iştirakçıya çevrilib. Prezident İlham Əliyevin  məqsədəyönlü, uzaq perspektivlərə hesablanmış siyasəti və strategiyası enerji sahəsində ölkə əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verdi. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir və bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payının 25-30 faiz təşkil etməsi kifayət qədər yüksək göstərici kimi qiymətləndirilir. Bu eyni zamanda, onu göstərir ki,  Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli faktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv