YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu təxribat işğalçı Ermənistanın təcavüzkar siyasətinin növbəti təzahürüdür

Kamil Mirzəyev

YAP Biləsuvar rayon təşkilatının sədri

12 iyul tarixindən mənfur düşmənlərimizin qəfildən hücuma keçməsi Ermənistanın yeritdiyi cılız siyasətin göstəricisidir. Azərbaycan və Ermənistan dövlət sərhəddinin  Tovuz rayonu istiqamətində son gərginliyi onu göstərir ki, Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşmışdır.Beynəlxalq hüquq normalrını kobud şəkildə pozan Ermənistan eyni zamanda işğalçı və təcavüzkar mövqeyini davam etdirməklə sivil dəyərlərə məhəl qoymur və pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirir. Ermənistan dövlətinin terrorçu və faşist fəaliyyətə malik olması inkaredilməz həqiqətdir. 12 iyul günorta saatlarından başlanan düşmənin təxribatı nəticəsində hərbi postlarımıza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbiçilərimiz şəhid olub və yaralanıb. Şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbiçilərimizə isə Allahdan şəfa diləyirəm. Azərbaycan ordusunu həyata keçirdiyi əks tədbirləri düşmənin xeyli sayda canlı qüvvəsinin  itki verərək və hərbi texnikalarına ciddi zərbələr yetirilməsi nəticəsində düşmən geri otuzduruldu.  Azərbaycan Ordusunun düşmən təxribatına qarşı əks-tədbirləri adekvat xarakter daşıyıb, işğalçı Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Ermənistanın növbəti təxribatına qarşı Azərbaycan ordusunun cavabı həqiqətən layiqli оlmuşdur. Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri  müzəffər ordumuz tərəfindən iflasa uğradılır və dövlətimiz öz sərhədlərini qoruyur.Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək gücündədir.  Göründüyü kimi, faktlar da təsdiqləyir ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında cılız və zəifdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında da  dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ermənistanın növbəti təxribatının qarşısının qətiyyətlə alındığını və adekvat cavab verildiyini bəyan etdi. Cənab Prezident dedi ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Həmçinin Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Belə bir qüdrətli Ordunun qarşısında əlbəttə ki, gücsüz və taqətsiz Ermənistan Ordusu duruş gətirə bilməz. Prezident İlham Əliyev bütün çıxışlarında düşmənə xəbərdarlıq edir, atəşkəs pozulacağı, təxribatlara cəhd ediləcəyi təqdirdə Ordumuzun buna ən ağır şəkildə cavab verəcəyi barədə bəyanatlar səsləndirir.  Bu gün Azərbaycan Ordusunun bütün şəxsi heyətində böyük ruh yüksəkliyi, qəhrəmanlıq əzmi, döyüş əhval-ruhiyyəsi müşahidə olunur. Ordumuz Ali Baş Komandanın istənilən əmrinə hər an hazırdır. 

 İşğalçı dövlətin mütəmadi olaraq atəşkəsi pozması, təmas xəttində təxribat törətməsi münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir.  Artıq bütün dünya bilir və qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbə qazanacağı şübhəsizdir. Ermənistanın Azərbaycanın  Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdinin qarşısının qətiyyətlə alınması da bir məqamdan xəbər verir. Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə laiqli cavab vermək əzmində və gücündədir.

Milli birliyimizi və vəhdətimizi ciddi şəkildə qorumalıyıq

İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olmasına bir daha işıq saldı. Orduya dəstək hər bir vətəndaşın borcudur, bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi təqdirəlayiqdir. Son hadisələr bir daha Azərbaycan dövlətinin gücünü, xalqla birliyini göstərdi. Böyük xalq kütləsi izdiham yaradaraq hər an dövlətinin, Ali Baş Komandanın yanında olduğunu nümayiş etdirdi. Lakin bu yürüşdən istifadə edən anti-azərbaycan qüvvələr təxribata yol verdilər. Onlar tərəfindən idarə olunan bir qrup gənc Milli Məclisin qapısını sındıraraq içəri daxil olub binaya zərər vurmağa və yürüş iştirakçılarının Ordumuza, Ölkə rəhbərliyinə dəstəyinin istiqamətini dəyişməyə cəhd etmişlər. Dağıdıcı və təxribatçı qüvvələr Milli Məclisin binasına böyük ziyan vursalar  da, ən qısa müddətdə bu dağıdıcı qüvvələr asayiş keşikçiləri tərəfindən Milli Məclisin binasından çıxarılmış və adekvat tədbirlər tətbiq olunmuşdur. İndiki zamanda bu xəyanətdir, düşmənin dəyirmanına su tökməkdir. Milli Məclis dövlətimizin ali qanunverici orqanıdır. Anti-azərbaycan qüvvələrinin  Milli Məclisə qarşı bu yolverilməz iyrənc addımı dövlətə, dövlətçiliyimizə, müqəddəs şəhidlərimizə və xalqımızın öz qəhrəman şəhidlərinin xatirəsinə bəslədiyi böyük ehtirama yönələn cinayətdir.

İndi bizim qüdrətli оrdumuz, bizə zəfərlər gətirən Ali Baş Kоmandanımız var. Hər kəs əmin оla bilər ki, Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.